Bakıda yanvarda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar ayında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 93,5 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
BAKU.WS Bakı şəhər Statistika İdarəsi-nə istinadən xəbər verir ki, yanvar ayə ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 75,7 %-ini inşaat, yenidənqurma və bərpa, 10,9 %-ini əsaslı təmir, 7,9 %-ini cari təmir, 5,5 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 73,1 %-ini inşa, yenidənqurma və bərpa, 11,2 %-ini əsaslı təmir, 9,5 %-ini cari təmir, 6,2 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 92,2 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...