Bakıda xəstəxanaların qarşısında yeni minib-düşmə zolaqları yaradıldı
Bakıda daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq tibb müəssisələrinə gələnlər üçün rahat şərait yaradılıb.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının, Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının, Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının, Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin, Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxasının, Əcəmi Naxçıvani küçəsi, "Medera Hospital"ın, Natiq Əhmədov küçəsi, "Məlhəm Beynəlxalq Hospitalı"nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.
7 ədəd "3.28" - "durmaq qadağandır" yol nişanı quraşdırılmaqla minib-düşmə yeri və 5 ədəd "5.14" - "minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin dayanması üçün imkanlar yaradılıb.
Qalereya
Oxşar xəbərlər
Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir?
Banklardan kredit ala bilməyən və ya uzun prosedurlarla qarşılaşan vətəndaşların bir qismi çıxış yolunu bank olmayan kredit təşkilatlarında (BOKT) görür. Sadələ...