Bakıda xanım sərnişin sifariş etdiyi taksidən qovuldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı sakini Nəcibə Muradlı sifariş etdiyi taksidən qovulub. Bu barədə “Xəzər Xəbər”ə onun özü məlumat verib.
Üzünün efirdə görünməyini istəməyən xanım iddia edir ki, ünvana gələn sürücü onu taksi çağırmağına peşman edib. Buna səbəb ödənişin kartla edilməsi olub.
Nəcibə Muradlı takis şirkətinin müştəri xidmətlərinə yazaraq, olanlar barədə məlumat verib və kartından çıxarılan pulu geri istəyib. Xanımın bu addımı tərəfləri yenidən bir araya gətirib.
Taksi sürücüsü ilə biz də əlaqə saxladıq. O, həmin an əsəbi olduğunu, əməlindən peşmanlıq hissi keçirdiyini bildirib.
Qeyd edək ki, paytaxt sakinlərilə sorğu zamanı məlum oldu ki, bu kimi hallarla sərnişinlər tez -tez üzləşirlər.
Ekspertlər isə hesab edirlər ki, bu narazılıqların yaşanmaması üçün taksilərlə bağlı vahid qaydalar müəyyənləşdirilməlidir.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Kartla ödəniş edən sərnişinləri aparmayan taksi sürücülərinin problemi nədir?
Azərbaycanda taksi şirkətlərinin sayı gün-gündən artır. Onların təqdim etdiyi xidmətlərin səviyyəsi də genişlənir. Lakin bir problem hələ də qalmaqdadır: əksər...