Bakıda və Abşeron yarımadasında 20 dərəcəyək isti qeydə alınır

06
apr
2025
16:14
Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 15:00-a olan məlumatına əsasən bəzi bölgələrdə küləkli hava şəraiti davam edir.
Xidmətdən BAKU.WS-ə verilən xəbərə görə, hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28 m/s, Daşkəsəndə 25 m/s, Qobustanda 22 m/s, Altıağacda 19 m/s, Gədəbəy və İsmayıllıda 16 m/s-yə çatır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 21, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.
