Bakıda uşaq bağçası ilə bağlı NARAZILIQ - Qapısı yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 167 saylı uşaq bağçasında təhlükəsizliklə bağlı problem olduğu bildirilir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məlumata görə, müəssisənin həyətini əhatə edən çöl giriş qapısı mövcud deyil. Bu səbəbdən istənilən şəxs əraziyə maneəsiz şəkildə daxil ola bilir.
Sakinlər hesab edirlər ki, bağçanın giriş hissəsinin nəzarətsiz qalması uşaqların təhlükəsizliyi baxımından ciddi risk yaradır. Onların sözlərinə görə, ərazinin mühafizəsinin gücləndirilməsi və giriş-çıxışın nəzarət altına alınması üçün müvafiq tədbirlərin görülməsinə ehtiyac var.
Ərazidən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...