Bakıda tozlu hava şəraiti nə vaxt bitəcək?
27
may
2024
09:31
Hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.
"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”, - deyə o qeyd edib.
Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olduğu qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda qayınanası ilə dalaşan gəlin iki uşaqla özünü binadan atdı - TƏFƏRRÜAT + FOTO
2022-ci il iyulun 18-də Kənar Dairəvi yol küçəsi 8 ünvanında ölüm hadisəsinin baş verməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olur. Dərhal hadisə...