Bakıda torpaq qiymətləri bahalaşır - AÇIQLAMA

Bakıda torpaq qiymətləri bahalaşır - AÇIQLAMA
Sosial 284

Yay mövsümü yaxınlaşdıqca torpaq qiymətlərində bahalaşma davam edir.

BAKU.WS-in məlumatına görə, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, aprel ayında Bakıda torpaq bazarında orta qiymət 21263 manat/sot olub.

Onun sözlərinə görə, qiymətlərdə 2,63 faiz bahalaşma qeydə alınıb.

Ekspert qeyd edib ki, qiymət bahalaşmasının səbəblərindən biri mövsümlə əlaqədar torpaq sahələrinə tələbatın artmasıdır.

N.İbrahimov bildirib ki, yay mövsümü ərəfəsində torpaq bazarında aktivlik artır və bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olur.

Ekspert torpaq qiymətləri ilə yanaşı fərdi yaşayış və bağ evlərinin də qiymətində artım müşahidə olduğunu bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bağ evlərinin qiyməti artıb

Bağ evlərinin qiyməti artıb

Yay fəslinin yaxınlaşması Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində artıma səbəb olub. BAKU.WS xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Nü...

395 Sosial 09:01 23 aprel 2021

Son xəbərlər