Bakıda tıxac olan yolların SİYAHISI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq var.
Həmçinin Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Mikayıl Hüseynov prospekti - Azneft dairəsi istiqamətində, Heydər Əliyev prospekti – orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində və Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə edilir.
Oxşar xəbərlər
Bakıda bu yollarda tıxac var - Avtobuslar gecikir - ÜNVANLAR - FOTO
Hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat...