Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu küçədə ehtiyatlı olun, yoxsa cərimələnəcəksizniz

"Dayanma-durma qadağandır" nişanı olmayan ərazidə avtomobil saxlayan sürücülər cərimələnir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yaşayan sakinlər belə deyirlər.
Müraciət edən sakinlərin sözlərinə görə, ərazidə heç bir xəbərdarlıq nişanı olmasa da, orada avtomobili saxlayan hər kəsə cərimə tətbiq edilir.
Vətəndaşlar deyirlər ki, digər küçədə dayanma-durma nişanı var. Amma o küçədən gələnlər belə nişanı görmürlər, çünki üzərini ağaclar örtüb.
Ərazidə yaşayan bəzi şəxslər isə deyirlər ki, maşınları saxlamağa başqa yer yoxdur. Ona görə də bu yerdə belə qadağanın olması onlar üçün ciddi problem yaradır.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd edilən ərazidə araşdırma aprılır. Nəticəyə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb
Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Ag...
