Bakıda sərnişin avtobusu ilə bağlı tapşırıq veriləcək - Səhər və axşamlar...
Bakıda səhər və axşam saatlarında avtobuslar qrafikə uyğun işləməməklə yanaşı, çox vaxt dayanacaqda saxlamırlar. Saxlayanda da, ön qapını açıb, sərnişin mindirmirlər. Ancaq düşənlər üçün arxa qapını açırlar.
Bununla bağlı BAKU.WS-in "qaynar xətti"nə kütləvi şəkildə şikayətlər daxil olur. Belə şikayətlərdən biri də, 20 Yanvar küç. 1B ünvanında dayanacaqda avtobus gözləyən vətəndaşdan gəlib. Vətəndaş bildirib ki, saat 09:20-da 77-JR-187 nömrə nişanlı, 14 saylı avtobus dayanacaqda dayanıb, lakin ön qapını açıq sərnişin mindirməyib.
"Bununla bağlı sürücüyə irad bildirdik. O da "Zor eləyirəm, açmıram" kimi də sözlər deyib sərnişinlərə", - deyə şikayətçi bildirdi.
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, məsələ araşdırılacaq:
"Bununla bağlı daşıyıcıya xəbərdarlıq ediləcək və məsələnin araşdırılaraq zəruri tədbir görülməsi barədə tapşırıq veriləcək", - deyə qurumdan bildirilib.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Yeni il yarmarkasında yanğınla bağlı təhlükəsizlik tədbirləri görülüb
Dənizkənarı Bulvarda təşkil olunan Yeni il yarmarkasında yanğınla bağlı təhlükəsizlik tədbirləri görülüb. BAKU.WS xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəs...