Bakıda səhər saatlarında bu yollarda sıxlıq yaranıb -SİYAHI

Bakıda səhər saatlarında bu yollarda sıxlıq yaranıb -SİYAHI
Sosial 68

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsində tunelin içi və kənar yolda hər iki istiqamətdə, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə sıxlıq müşahidə edilir.

Bununla yanaşı, Bakı-Sumqayıt şosesində - şəhər istiqamətində, Tbilisi prospektində - şəhər istiqamətində və Heydər Əliyev prospektində - orta və kənar yolda Atletlər kəndinin qarşısından Bağırov körpüsü istiqamətində sıxlıq var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər