Bakıda qəbiristanlıqda qeyri-adi hadisə: Qəbiri açıb...
Yeniliklərdən dərhal xəbərdar olun
Bayramla əlaqədər qardaşının məzarını ziyarət edən şəxs qarşılaşdığı hadisədən heyrətə gəlib. Qardaşının məzarının yerində başqa şəxsin dəfn edildiyini görüb.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəbiristanlığında baş verib. Elxan Sultanov iddia edir ki, onun qardaşının başdaşı da qırılaraq atılıb.
Elxan Sultanov deyir ki, dəfn edilən şəxslərin yaxınlarını tapıb. Onlar söz veriblər ki, həmin şəxsin nəşini çıxarıb başqa bir yerdə təkrar dəfn edəcəklər. Ancaq bu vədə əməl edilməyib.
O bildirib ki, istəyi verilən vədə əməl edilməsi, həmin şəxsin başqa yerdə dəfn olunmasıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...