Bakıda qarpız satılan avtobus zolağı - FOTO

Bakıda qarpız satılan avtobus zolağı - FOTO
Sosial 226

Bakının intensiv hərəkətin olduğu prospektlərin birində qarpız satılıb.

BAKU.WS xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert-hüquqşünas Ərşad Hüseynov feysbuk səhifəsində paylaşım edib.

O bildirib ki, qarpız maşını Babək prospektinin avtobus zolağında dayanıb:

"Biz Bakıda tıxaclara əlac tapmaq üçün baş sındırırıq. Babək prospektinin avtobus zolağında isə qarpız satılır. Bərəkətli olsun!

Qarpız yeyilməlidir. Yeyilmək üçün də satılmalıdır. Amma hər şey öz yerində daha gözəl olur. Bəlkə də, bu qarpızları satan avtobus zolağının fərqində deyil. Amma həmin ərazidə xidmət edən polislər ona buranın statusunu xatırlatmalıydılar

Fotonu #DüzgünHərəkət verilişinin dinləyicisi çəkib".

Son xəbərlər