Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək"
Bakının mərkəzində piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində atılan addımlar maraqla qarşılanır.
BAKU.WS-in məlumtına görə, son dövrlər bəzi küçələrin avtomobil hərəkətinə bağlanaraq piyadalar üçün açılması şəhərsalma baxımından müsbət qiymətləndirilir.
Lakin bu layihələrin nə dərəcədə funksional olacağı infrastrukturun digər elementlərindən asılıdır. Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-ə açıqlamasında İslam Səfərli küçəsinin piyadalaşdırılmasını müsbət addım kimi dəyərləndirib:
"Bu qərar Qış Parkı ilə Fəvvarələr Meydanı arasında fasiləsiz piyada marşrutunun formalaşmasına imkan yaradır və şəhər mərkəzində piyadaların rahat hərəkətini təşviq edir.
Lakin layihənin tam səmərə verməsi üçün ətraf küçələrdə də uyğun dəyişikliklər aparılmalıdır. Füzuli, Şəmsi Bədəlbəyli və Mirzəağa Əliyev küçələrində eyni səviyyəli piyada keçidlərinin, eləcə də avtobus dayanacaqlarının sayı artırılmasa, yaradılan piyada zonası gözlənilən effekti verməyəcək".
Ekspert vurğulayıb ki, piyada marşrutunun keyfiyyəti təkcə daş döşəmə və vizual yenilənmə ilə ölçülməməlidir: "Təhlükəsiz keçidlər və əlçatan ictimai nəqliyyat olmadan piyadalaşdırma layihələri yarımçıq qalır və şəhər sakinlərinin gündəlik istifadəsinə tam cavab vermir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərin pensiyası yenidən artırılacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətə...