Bakıda piyada keçidlərinin tikintisi niyə yarımçıq qalıb? - VİDEO

Bakıda piyada keçidlərinin tikintisi niyə yarımçıq qalıb? - VİDEO
Video
Sosial 154

Paytaxtın müxtəlif yerlərində yerüstü piyada keçidlərinin inşası illərdir ki, yekunlaşmır. Bu hal isə həmin ərazilərdən istifadə edən piyadalar üçün təhlükə yaradır.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, keçidlərdən birinin sadəcə bünövrəsi qoyulub, digəri isə təhvil verilmir.

Məsələn, paytaxtın 8 noyabr prospekti və Koroğlu Rəhimov küçəsində belə vəziyyət yaşanır. Ərazidə piyada keçidində işlər yekunlaşmadığı üçün insanlar sürətlə şütüyən maşınların arasından həyatlarını təhlükəyə ataraq yolu keçirlər.

Piyadaların avtomobil yolundan nizamsız keçməsi sürücülərin də işini çətinləşdir. Belə olan halda isə qəzalar qaçılmaz olur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə münasibət bildirib. Qeyd olunub ki, piyada keçidlərində tikintinin yarımçıq qalmasının səbəbi büdcə ilə bağlıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DYP piyadalara xəbərdarlıq edib

DYP piyadalara xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara xəbərdarlıq edib. BAKU.WS xəbər verir ki, BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir: "Yəqin ki, çoxlarımız avt...

206 Sosial 14:20 09 sentyabr 2021

Son xəbərlər