PAŞA Holding-in təşkilatçılığı ilə İnmerge innovasiya sammitinin ilk günü başlayıb

PAŞA Holding-in təşkilatçılığı ilə İnmerge innovasiya sammitinin ilk günü başlayıb
Sosial 30

PAŞA Holding-in təşkilatçılığı ilə 10 oktyabr 2024-cü il tarixində İnmerge innovasiya sammitinin ilk günü baş layıb.

BAKU.WS xəbər verir ki, sammitin əsas məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Artıq 4-cü ildir ki, təşkil olunan sammitin ilk gününün açılış mərasimində Azərbaycan Republikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Rəqamsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev, PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov, Trendyol Qrupun baş icraçı direktoru Erdem İnan çıxış ediblər.

"Regionun böyük iqtisadi oyunçularından biri olaraq biz üzərimizdə məsuliyyət hiss edirik - ətrafdakılarımızın inkişafına töhfə vermək məsuliyyəti. İnnovasiya bizim üçün sadə bir məfhum deyil. Bizim üçün innovasiya inkişaf deməkdir, və innovasiya sammiti ilə biz regionda innovasiya ekosisteminin inkişafına töhfə verdiyimizə inanırıq" - PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov bildirib.

Qeyd edək ki, tədbirin ilk günündə Youtube şirkətinin həmtəsisçisi Stiv Çen, Harvard Biznes Məktəbinin professoru Linda Hill və onarla biri birindən maraqlı spikerlər çıxış edəcək. Tədbirin ikinci günü Sturbacks şirkətinin həmtəsisçisi Zev Ziegl, Amazon şirkətinin baş texnologiya inzibatçısı Werner Vogels, Waze tətbiqinin təsisçisi Uri Levine-nin iştirakı nəzərdə tutulub.

Son xəbərlər