Bakıda narkotik alverçisi karantin postunda yaxalandı
16
apr
2020
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda narkotik alverçisi yaxalanıb.
BAKU.WS xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Sabunçu rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşları rayon ərazisindəki karantin rejimi postunda Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü V.Cəfərovu saxlayıb.
Üzərinə baxış zamanı ondan 37,008 qram narkotik maddə olan heroin, 3,794 qram metanfetamin, 3,375 qram tramodol həbi və 7,5 qram güclü təsiredici maddə olan prekobalin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda həbs edilən "Pablo Eskobar" danışdı: "Niyə mən də elə olmayım ki?" (VİDEO)
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqı...