Bakıda məşhur xəstəxananın təcili yardım şöbəsi TƏMİR OLUNACAQ
Sabunçu Tibb Mərkəzinin təcili yardım şöbəsi əsaslı təmir ediləcək.
BAKU.WS-in məlumatına görə, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının (Sabunçu Tibb Mərkəzi) 5 mərtəbəli Təcili Yardım Korpusunun birinci mərtəbəsində yerləşən Təcili Yardım şöbəsinin əsaslı təmirinə 3 milyon 271 min vəsaitin xərclənməsi nəzərdə tutulur.
Təmir işləri İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həyata keçiriləcək. İşləri çərçivəsində şöbədə mövcud pəncərə və qapıların, eləcə də bəzi divarların sökülməsi planlaşdırılır. Həmçinin yararsız suvaq qatlarının divar və tavanlardan təmizlənməsi, sonrakı mərhələdə isə təmir və yenilənmə işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, təmir zamanı Sabunçu Tibb Mərkəzinin Təcili Yardım şöbəsinin infrastrukturu yenilənəcək və pasiyentlər üçün daha müasir və rahat şərait yaradılacaq. Təmir işlərinin təcili tibbi yardım xidmətinin keyfiyyətinin və operativliyinin artırılmasına da töhfə verəcəyi gözlənilir.
Oxşar xəbərlər
Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda...