Bakıda məşhur xəstəxana üçün vacib tibbi vasitələr ALINACAQ
İnnovasiya və Təchizat Mərkəzi Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında istifadə olunacaq hemostaz sisteminin dəyərləndirmə testlərinin alınması üzrə müsabiqə elan edib.
BAKU.WS-in məlumatına görə, ümumi dəyəri 236 min 172 manat olan tender çərçivəsində müxtəlif qan laxtalanma faktorlarının testlərinin alınması nəzərdə tutulur.
Bu testlər xəstələrin qan dövranı və laxtalanma sistemindəki problemlərin vaxtında aşkarlanması üçün xüsusi əhəmiyyət daşıyır.
Layihənin həyata keçirilməsi nəticəsində xəstəxanada müasir tibbi diaqnostika imkanları genişlənəcək. Xüsusilə qanaxma, tromboz və digər hematoloji problemlərin dəqiq və operativ şəkildə müəyyən edilməsi mümkün olacaq. Bu da həm həkimlərin müalicə prosesini düzgün istiqamətləndirməsinə, həm də xəstələrin həyat keyfiyyətinin yaxşılaşmasına şərait yaradacaq.
Oxşar xəbərlər
Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda...