Bakıda məşhur şadlıq saraylarının sahibləri cərimələnib - SİYAHI

Bakıda məşhur şadlıq saraylarının sahibləri cərimələnib - SİYAHI
Sosial 136

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Romance Palace", "Grace Hall", "Meridian", "Grand Neon" və "Sapfir" şadlıq saraylarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı şadlıq saraylarının sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti restoran və şadlıq saraylarının sahiblərini havanı çirkləndirməməyə, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə çağırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu iaşə obyektlərinin sahibləri cərimələndi

Bu iaşə obyektlərinin sahibləri cərimələndi

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tulla...

49 Sosial 15:09 26 iyul 2022

Son xəbərlər