Bakıda küləyin gücü saniyədə 23 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda noyabrın 25-i saat 9:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometrologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 23 m/s, Şahdağda 20 m/s, Balakən, Qobustan, Şabranda 18 m/s-dək güclənib.
Gəncə, Naftalan, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Qrız, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Şəmkir, Qusar, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 10 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda min nəfər şagirdi olan məktəbin işığı yanmır, suyu da gəlmir
Su kəsilib, məktəbin sanitar qovşaqları daşınma su ilə təmizlənir. Dərsləri elektron lövhələrlə keçmək mümkün deyil. Çünki, minə yaxın şagirdi olan bu təhsil oc...
