Bakıda koronavirusa ən çox yoluxma halları bu rayonlarda olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda koronavirusa ən çox yoluxma halları Yasamal və Sabunçu rayonlarında olub.
BAKU.WS xəbər verir ki, bunu Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, Yasamalda bir neçə infeksiya ocağı müəyyən edilmişdi:
“Bir nəfər çoxlu sayda insanı virusa yoluxdurmuşdu. Artıq həmin vətəndaşlar izolyasiya edilib və onların çoxu sağalıb”.
Zaur Əliyev həmçinin bölgələrdə də virusun yayılma tempindən danışıb:
"Azərbaycanda yoluxma halları arasında faiz göstəriciləri Gəncə-Qazax üzrə 14.1, Lənkəran üzrə 10 faiz təşkil edir. Şimal bölgəsində Rusiyadan keçən bir neçə nəfərdə testlərin nəticəsi pozitiv aşkarlanıb. Eyni zamanda cənub bölgəsində də İranla gediş-gəliş olduğu üçün orada yoluxma halları çox olub”.
Oxşar xəbərlər
İcbari Tibbi Sığorta üzrə QİYMƏTLƏR məlum oldu - 5 manat - SİYAHI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Məsumə Talıbova İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə edilən dəyişiklikləri şə...