Bakıda kirayəyə velosiped götürənlərin gündəlik sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda velosiped kirayəsi xidmətinin tətbiqinə bu ilin 24 avqust tarixindən başlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.
O bildirib ki, indiyə qədər kirayə edilmiş velosipedlərlə 140 min kilometrə yaxın sürüş olub:
"Bu vaxta qədər 2056 velosiped kirayəyə götürülüb. Velosiped kirayəsi üçün gündəlik 650 sifariş olur. Gündəlik müraciət edən sürücü sayı 300-305 şəxs olur. Velosipedlərin kirayəsi üçün bu vaxta qədər 30128 qeydiyyat olub".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...