Bakıda kirayə yaşayanlar uşaqlarını məktəbəhazırlıqda necə qeydiyyatdan keçirəcəklər?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşların uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirəcəklərinə aydınlıq gətirilib.
BAKU.WS "APA"ya istinadən xəbər verir ki, Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Bildirilib ki, həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur.
O da qeyd edilib ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Oxşar xəbərlər
Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul oluna bilər?
Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2016-cü il təvəllüdlü) uşaqlar qəbul...