Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb.
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında Səbail Rayon Polis İdarəsi və 9-cu polis bölməsinin əməkdaşları sözügedən kafeyə yollanıb. Restoranda 8 nəfər müştərinin olduğu müəyyən edilib. Müştərilərdən biri isə iaşə obyektindən qaçmağa çalışsa da o saxlanılıb.
Restoran rəhbəri barəsində toplanılan materiallar məhkəməyə göndərilib.
Müştərilər isə inzibati qaydada cərimələnib.
Qalereya
Oxşar xəbərlər
Sərtləşdirilmiş xüsusi karantin rejiminin detalları bilindi - Bunlara riayət etmədən çölə çıxmayın
Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləş...