Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yollar sürücülərin istifadəsinə verilib.
Qeyd edək ki, yarışın təhlükəsiz və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə sentyabrın 4-dən etibarən nəqliyyatın hərəkətinə mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdi. Əvvəlcədən müəyyən edilmiş qrafikə əsasən, məhdudiyyətlərin sentyabrın 5-də saat 16:00-dək davam etdirilməsi nəzərdə tutulurdu.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...