Bakıda iki yük maşınından bahalı ehtiyat hissələri oğurlandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Daf 105" markalı avtomobillərə məxsus 2 ədəd avtomatik idarəetmə qurğusu oğurlanıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, hadisə Abşeron rayonu, Məmmədli qəsəbəsində qeydə alınıb. Sürücülər yüklərini boşaltmaq üçün "Daşyunu" MMC-nin yerləşdiyi obyektə gəliblər.
Şirkətin qarşısında yük maşınları saxlayan sürücülər bir müddət sonra əraziyə gəldikdə ümumi dəyəri 4 min AZN olan idarəetmə qurğularının oğurlandığını başa düşüblər.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli BAKU.WS-ə bildirib ki, oktyabrın 8-də vətəndaş Ramin İsgəndərov DİN-in "102" Xidməti-Zəng mərkəzinə müraciət edərək idarə etdiyi "Daf 105" markalı avtomobillərə məxsus 2 ədəd avtomatik idarə etmə qurğusunun oğurlanması barədə məlumat verib:
"Daxil olan müraciətlə əlaqədar hazırda Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır".
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...