Sürücülərin NƏZƏRİNƏ! - 26 avqust 18:00-dan 28 avqust saat 08:00-dək...
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən Bakıda Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Baş inspektor bildirib ki, buna səbəb "Azərsu" ASC-yə məxsus 160 metr yararsız su xəttinin yenilənməsidir. Bununla bağlı qeyd olunan yollar 26 avqust 18:00-dan 28 avqust saat 08:00-a qədər bağlı olacaq.
Həmin müddətdə Tbilisi prospektindən yalnız Şəfayət Mehdiyev küçəsi istiqamətinə hərəkət mümkün olacaq.
DYP sürücülərdən görülən işlərlə bağlı səbirli olmağı, yol hərəkəti qaydalarına əməl etməklə təyin olunmuş istiqamətlərdə hərəkət etməyi xahiş edir.
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Hazırda sıxlıq olan küçə və prospektlər açıqlandı
Paytaxt Bakının bır sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. BAKU.WS Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdar...