Bakıda iki avtomobilə eyni nömrə verilib? - FOTO - RƏSMİ AÇIQLAMA

Bakıda iki avtomobilə eyni nömrə verilib? - FOTO - RƏSMİ AÇIQLAMA
Foto
Sosial 3487

Bakıda qayda pozan sürücünün əvəzinə başqa sürücüyə cərimə göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə Renat adlı paytaxt sakini şikayətində bildirib. Onun sözlərinə görə, yol polisindən aldığı protokolda qayda pozduğu qeyd edilir.

“İki maşında bir nömrə necə ola bilər? Mənə radar gəlib, ama şəkildəki mənim maşınım deyil, nömrəsi isə eyni mənim nömrəm. Məndə “Prius” markalı, 99-TC-947 nömrə nişanlı avtomobildir. Radara düşən maşın isə “Opel-Astra” markalı maşındır. Onun da dövlət nömrə nişanı 99-TC-947 kimi göstərilir. İki fərqli maşının eyni dövlət qeydiyyat nişanı necə ola bilər?” - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi ilə əlaqə saxladıq. Qurumun bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, məsələ idarədə araşdırılıb.

“Əslində qayda pozuntusunu qara rəngli “Opel-Astra” markalı maşının sürücüsü törədib. Onun dövlət nömrə nişanı 99-TG-947-dir. Cərimə alan digər sürücünün protokolu ləğv edilib. İndi araşdırma aparılır. Çox güman ki, texniki səhvdir. Görüntüdə TG TC kimi göstərilir”, - deyə Vaqif Əsədov bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər