Bakıda hələ də sakinlər suyu maşınlardan pulla alırlar – ŞİKAYƏT
İki aydır su gəlmir. Bu səbəbdən də sakinlər maşınlardan su almalı olurlar.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu Çiçək qəsəbəsindən gedir. Qəsəbənin Abad və 18-ci Xocasən küçələrininn sakinləri deyirlər ki, illər sonra öz büdcələri hesabına su xətti çəkməyə nail olublar. Lakin 2 ay sonra sevincləri yarıda qalıb. Nasosa gedən elektrik enerjisi kəsildiyindən yenə suyu maşınlardan almalı olublar.
Sakinlər bildirirlər ki, suyu növbə ilə ayda 2 dəfə alırlar. Lakin, bəzən su maşını olmadığından özləri başqa ünvanlardan daşımaq məcburiyyətində qalırlar.
Məsələ ilə əlaqədar "Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, elektrik enerjisindən istifadəni qanuniləşdirmək üçün öncə "ASAN kommunal"a müraciət etmək lazımdır.
Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edirik:
Oxşar xəbərlər
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başl...