Bakıda gün ərzində neçə avtobus fəaliyyət göstərir? - RƏSMİ AÇIQLAMA
"Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti 27 daşıyıcı tərəfindən təqdim edilir. Hazırda gündəlik sərnişindaşıma fəaliyyətinə 180 marşrut üzrə 2300 avtobus cəlb edilir".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumatda qeyd edilir ki, Bakıətrafı qəsəbələr üzrə sərnişindaşıma keyfiyyətinin artırılması işləri davam etdirilir:
"İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsini daim diqqət mərkəzində saxlanılır.
Sərnişindaşıma bazarında rəqabətli mühitin yaradılması, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Burun əməliyyatına sağlam girib iflic olaraq çıxdı: Cərrah isə aparatın işləmədiyini deyir
Bu ilin aprel ayında Bakıda "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı düz altı aydır yataq xəstəsidir. "Qalmışıq çıxılmaz və...