Bakıda gün ərzində çimərliklərdə 42 uşaq itib: DİN valideynlərə müraciət etdi - FOTO

Bakıda gün ərzində çimərliklərdə 42 uşaq itib: DİN valideynlərə müraciət etdi - FOTO
Foto
Sosial 11

Daxili İşlər Nazirliyi (DİN) çimərliklərlə bağlı vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə daxil olan müraciətdə bildirilib ki, çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir.

"Bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.

Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar.

DİN tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib, xidmətə əlavə qüvvə çıxarılıb. Hazırda bütün rayonlar üzrə xidmət davam etdirilir", - müraciətdə deyilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər