Bakıda güclü külək nə vaxt səngiyəcək? - AÇIQLAMA
“Bu gün paytaxtda əsən güclü şimal-qərb küləyi gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək”.
BAKU.WS xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, gün ərzində paytaxtda fasilələrlə yağış yağacaq: “Havanın temperaturu 9 dərəcə isti təşkil edəcək”.
O bildirib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək: “Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə qar yağacaq”.
G.Məmmədova əlavə edib ki, noyabrın 12-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.
Oxşar xəbərlər
Noyabr ayının hava proqnozu açıqlanıb
Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə,...