Bakıda əməliyyat - Polis Qurbanı tutdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, Nəsimi rayonu ərazisində metronun “20 Yanvar” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Rüfət Yunusova qarşı quldurluq edilib.
Naməlum şəxs sürücünü kəsici alətlə hədələyərək zərərçəkənin 100 manatını ələ keçirib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Qurban Rzayev saxlanılaraq istintaqa təqdim edilib.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə paytaxt sakini Telman Mirbabayevin cibindən içərisində 305 manat olan pul kisəsini oğurlayan Sabunçu rayon sakini İbrahim Əliyev saxlanılıb.
Qeyd olunan hər iki faktla bağlı saxlanılan şəxslər barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi RPİ-yə göndərilib.
Q.Rzayev və İ.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq olaraq quldurluq və oğurluq maddələri cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Koronavirusla Mübarizəyə Dəstək Fonduna kim nə qədər pul köçürüb? - SİYAHI
Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılıb. BAKU.WS xəbər verir ki, fondun məq...