Bakıda diləndirilən uşaq sığınacağa təhvil verildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın “Neftçilər” metrostansiyası yaxınlığında diləndirilən uşaq sığınacağa təhvil verilib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O, qeyd edib ki, azyaşlı qızın təxminən 4 yaşı var:
“İki gün öncə Azərbaycan Daxili İşlər Nazirliyi Bakı şəhər Baş polis idarəsinin əməkdaşlarına "Neftçilər" metrosu ərazisində uşağın diləndirilməsi ilə bağlı məlumat vermişdik. Bu gün Nizami rayon Polis İdarəsinin post patrul xidməti əməkdaşları həmin azyaşlını aşkarlayaraq sığınacağa təhvil verdilər. Uşaq qorxudan əsirdi. Baxmayaraq ki, küçə daha qorxuludur. “Çörək ağacı” olan qutusunda isə qara qəpiklər var idi. Polis əməkdaşlarına təşəkkür edirəm”.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...