Bakıda dəmir yolu körpüsü sökülür - FOTO

Bakıda dəmir yolu körpüsü sökülür - FOTO
Foto
Sosial 1296

Bakının Nəsimi rayonu, Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsində yerləşən mövcud dəmir yolu körpüsünün sökülməsi işlərinə başlanılıb.

BAKU.WS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçələrin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində məhdudlaşdırılıb.

Məhdudlaşma bu gün səhər saatlarından tətbiq olunub və söküntü işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bununla əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə agentlik vətəndaşlardan üzr istəyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

28 May küçəsində hərəkət məhdudlaşacaq - XƏRİTƏ

28 May küçəsində hərəkət məhdudlaşacaq - XƏRİTƏ

Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov v...

153 Sosial 15:49 06 mart 2020

Son xəbərlər