Bakıda daha bir yolda xüsusi hərəkət zolağı təşkil olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb.
BAKU.WS Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub: "Bunu nəzərə alaraq sürücülərdən xahiş edirik ki, məlumat lövhəsində göstərilən müddətdə, yəni səhər saat 17:00-dan axşam saat 20:00-dək yol nişanının tələbinə əməl etsinlər”.
Məlumat üçün qeyd edək ki, avtobus zolağı Əhməd Rəcəbli küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməyədək olan hissəsində hər iki istiqamətdə çəkilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə...