Bakıda bu ərazidə hər gün zibil yandırılır - SAKİNLƏR TƏNGƏ GƏLİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Xətai rayonu ərazisində yaşayan sakinlər hər gün zibil tullantılarının yandırılmasından təngə gəliblər.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub.
Söhbət General Əliağa Şıxlinski 1B küçəsində yerləşən ərazidən gedir.
Sakinlər bildirir ki, naməlum şəxslər hər gün onların binalarının qarşısındakı zibil qutuların qarşısında zibil yandırırlar. Dəhşətlisi odur ki, bu yanğın ətrafda yerləşən tikililərə təhlükə yaradır. Bundan əlavə yanğın nəticəsində yaranan tüstü sakinlərin nəfəs almağına da problem yaradır.
Görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...