Bakıda bu avtobus xətti sərnişinləri bezdirib
Bakıda hələ də bərbad vəziyyətdə olan və təhlükə mənbəyinə çevrilən sərnişin avtobusları xətdə işləyir. Belə avtobus xətlərindən biri də 165 saylı sərnişin avtobusudur.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çoxsaylı şikayətlər bildirilib. Qeyd edilir ki, Yasamaldan Binəqədi kəndinə işləyən həmin avtobus həm texniki baxımdan, həm də təmizlik baxımından qənaətbəxş deyil. Bu avtobuslarda oturacaqlar bərbad vəziyyətdədir. Ümumiyyətlə avtobuslar sınıq-salxaqdır.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.
Qurumdan BAKU.WS-ə bildirildi ki, avtobusların daxili və xarici görünüşünün təmiz və səliqəli olması məsələsi daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq qaldırılır. Daşıyıcılara avtobusların təmizliyinə nəzarəti gücləndirmək tapşırığı verilir. Eyni zamanda AYNA ilə daşıyıcı arasında bağlanan müqavilədə avtobusun salonunun və çöl hissəsinin gündəlik təmizlənməsi öhdəlik kimi müəyyən edilib.
"İcraya nəzarət üzrə monitorinqlər zamanı nəqliyyat vasitəsinin təmizliyinə riayət olunmaması halları aşkarlandıqda daşıyıcıya xəbərdərlıq edilir və lazımi ölçü götürülür.
Avtobusun köhnəliyinə gəlincə, AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib. 165 nömrəli avtobusun daşıyıcısına xəttə olan nəqliyyat vasitələrinin yenilənməsi barədə tapşırıq verilib. Daşıyıcının məlumatına görə, yaxın zamanda xəttə olan köhnə nəqliyyat vasitələri yeniləri ilə əvəzlənəcək. AYNA tərəfindən məsələ nəzarətə götürülüb", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında 141 nömrəli qərarına əsasən, daşıyıcı şirkət avtobusların təmiz saxlanmasına cavabdehdir. Daşıyıcı şirkətlər sərnişin avtonəqliyyat vasitəsini tələb olunan texniki və sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, istifadəsində olan avtonəqliyyat vasitələrinin ekoloji və sanitariya-gigiyena normalarına riayət etmək kimi məsuliyyət daşıyır.
Qalereya
Orxan Hüseynov
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...