Bakıda blokların qarşısına zibil konteynerləri yerləşdiriləcək - RƏSMİ

Bakıda blokların qarşısına zibil konteynerləri yerləşdiriləcək - RƏSMİ
Sosial 535

"Sərtləşdirilmiş karantin günlərində məişət tullantılarının atılması ilə bağlı hər bir blokun qarşısına xüsusi konteynerlər yerləşdiriləcək".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.

O, əlavə edib ki, artıq bu gündən prosesə başlanılıb: "Söhbət yalnız o binalar və bloklardan gedir ki, onların qarşısında zibil atılması üçün xüsusi yerlər yoxdur. Yəni vətəndaşlar məcbur olurdular ki, zibili atmaq üçün məsafə qət etsinlər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər