Bakıda bir çox sürücüyə niyə cərimə yazılır? - Vaqif Əsədovdan XƏBƏRDARLIQ - FOTO
Son günlər "Toyota Prius" markalı avtomobil idarə edən sürücülər yol polisindən narazılıq edir. Onların müraciətindən belə anlaşılır ki, Azərbaycanda mövcud olan bu tipli nəqliyyat vasitələrinin əksəriyyətinin katalizatoru yoxdur və yol polisi bunu aşkar etdiyi üçün sürücülərə cərimə yazır.
Artıq yüzlərlə belə sürücü saxlanılıb və araşdırma zamanı, həqiqətən də, onların idarə etdiyi avtomobildə katalizatorun olmadığı aşkarlanıb.
BAKU.WS-in xəbərinə görə, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır:
"Bu isə inzibati xəta tərkibi yaradır. Bu tipli avtomobillərin istismarı yolverilməzdir. Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər.
Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda həmin nasazlıqlar aradan qaldırılmalıdır.
Bəzi sürücülər deyir ki, həmin avtomobilləri Gürcüstandan elə bu vəziyyətdə Azərbaycana gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni, texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması Dövlət Proqramı səviyyəsində təmin edilirsə, hər birimiz bu sahədə öz məsuliyyətimizi dərk etməliyik".
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...