Bakıda bir çox avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğundan bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, 1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 59, 61, 65, 88, 125, 127, 175, 205, M3 və H1 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.
Oxşar xəbərlər
Bakıda bir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdirilib
Bakıda 8 noyabr - Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar bu gün saat 07:00-dan tədbir başa çatana qədər “Azneft” dairəsi, Neftçilər prospekti,...