Bakıda bağçada bir sıra ciddi nöqsanlar aşkarlanıb, müdir işdən azad edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 202 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparılıb.
Bu barədə BAKU.WS-ə BŞTİ-dən məlumat verilib.
Bidirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması, normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.
Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilib.
"Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəslərində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır", - İdarədən vurğulanıb.
Oxşar xəbərlər
Qatarla Tbilisiyə gedənlər sığortanı hansı vağzallardan ala bilərlər?
Bakı-Tbilisi qatar reysi ilə Gürcüstana giriş üçün tələb olunan səfər sığortasını seçdiyiniz şirkətdən birbaşa və ya onlayn, həmçinin Bakı və Gəncə dəmiryol vağ...