Bakıda "Avant Group" MTK ağacları kəsərək təbiətə 117 min manat ziyan vurub

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Oxşar xəbərlər
Bu məktəbin şagirdləri üçün əzablı günlər başlayır
Gələn həftədən yeni tədris ili başlayır. Şagirdlər sevinc içində doğma məktəblərinə qədəm qoyacaqlar. Lakin Masazır kənd 4 saylı məktəb şagirdləri üçün sevincl...
