Bakıda ana uşağı ilə gəzərkən itin hücumuna məruz qalıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda it qadına və onun azyaşlı uşağına hücum çəkib.
Ana iti uzaqlaşdırmağa çalışsa da, mümkün olmayıb.
Həmin anları "Xəzər Xəbər"in kamerasına danışan uşağın anası Züleyxa Qazibəyova bildirib ki, hadisə Qaraçuxur ərazisində 4 yaşlı qızı ilə məhəllələrində gəzməyə çıxarkən baş verib.
Ana deyir ki, əlini itin ağzına salıb müdaxilə etməsəydi uşağın bədənində ciddi yaralar əmələ gələcəkdir.
Valideynin sözlərinə görə, yalnız qonşular köməyə gəldikdən sonra heyvanı uzaqlaşdırmaq mümkün olub. Hadisədən sonra uşağın ayağında 2 diş izi, sıyrıqlar, üzündə isə göyərmələr əmələ gəlib. 4 yaşlı uşaq dərhal xəstəxanaya aparılıb və ona quduzluq əleyhinə peyvənd vurulub.
İt sahibsiz deyil. Zərərçəkənlər ehtimal edir ki, heyvanın sahibi də həmin ərazidə yaşayır. Bu səbəbdən də məsələ polis tərəfindən araşdırılır.
Qeyd edək ki, qanunla itlər cilovsuz və ağızlıqsız gəzdirilsə və ya çölə buraxılsa itin sahibi 200 manat məbləğində, it insana xəsarət yetirərsə bu dəfə sahibi 800-1000 manat məbləğində cərimə edilir.
Oxşar xəbərlər
Aranda böyüyən qoyunun əti niyə dağlıq ərazidəki heyvanın ətindən ləzzətlidir? - ARAŞDIRMA
Quzu əti ibtidai dövrlərdən insanlar tərəfindən qiymətləndirilən dadlı və doyurucu ətdir. Ondan hazırlanan yeməklər Şərq və Aralıq dənizi mətbəxində xüsusilə mə...