Bakıda acınacaqlı vəziyyət: Yolu bağlayıb, heç kimi maşın saxlamağa qoymurlar - VİDEO

Bakıda acınacaqlı vəziyyət: Yolu bağlayıb, heç kimi maşın saxlamağa qoymurlar - VİDEO
Foto Video
Sosial 997

Bakıda bəzi yolların kənarında avtomobillərin park edilməsi üçün yerlər mövcud olsa da, obyekt sahiblərinin müdaxiləsi ilə bunun qarşısı alınıb. Belə ki, müəyyən küçələrdə obyektləri yerləşən şəxslər oranı zəncirləyərək özəlləşdiriblər.

BAKU.WS-in "qaynar xətt"inə daxil olan məlumatda bəzi küçələrdə mövcud olan acınacaqlı vəziyyət öz əksini tapıb. Əsasən 28 may metrosu ətrafında yaradılan süni maneələr həm də yolun daralmasına səbəb olur.

Bundan əlavə, parkinq nişanı olan bəzi yerlərdə bir nəfər olur. Onlar parkinq yerinə su qabları və başqa əşyalar qoyaraq parkinq üçün qanunsuz ödəniş tələb edirlər. Maraqlıdır ki, bəzi parkinq nişanlarının altına "ödənişsizdir" lövhəsi də qoyulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda parkinq probleminin həlli ilə bağlı YENİ TƏKLİF

Bakıda parkinq probleminin həlli ilə bağlı YENİ TƏKLİF

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. BAKU.WS xəbər verir ki...

1045 Sosial 17:39 19 fevral 2020

Son xəbərlər