Bakıda absurd mənzərə: Piyada zolağı var, amma keçməyə yer yoxdur - VİDEO
16
fev
2026
08:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda çəkilmiş piyada zolağı müzakirələrə səbəb olub.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsindən gedir.
Bir müddət əvvəl ərazidə piyadaların yolu keçməsi üçün zolaq çəkilib. Lakin zolağı keçdikdən sonra piyadaların hərəkəti davam etmələri nəzərə alınmayıb. Piyada zolağı yoldan təxminən yarım metr hündürdə olan səkiyə dirənir və buradan keçən piyadalar məcbur qalıb yolun kənarı ilə hərəkət edirlər.
Vətəndaşlar bildirirlər ki, bu zolaq onlarda çaşqınlıq yaradır.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...