Bakıda 50 tibb müəssisəsində təmir işləri aparılacaq - 2,5 MİLYONLUQ LAYİHƏ

Bakıda yerləşən 50 tibb müəssisəsində əsaslı təmir işləri görüləcək.
BAKU.WS-in məlumatına görə, bu işlər rentgen və flüoroqrafiya otaqları, həkimlərin idarəetmə və köməkçi otaqlarını əhatə edəcək.
Əsas məqsəd həmin məkanlarda bioloji müdafiə sistemlərinin yaradılmasıdır.
Satınalma müsabiqəsi "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tərəfindən elan edilib. Layihənin ümumi dəyəri 2 milyon 573 min 471 manatdan çox qiymətləndirilir.
Layihə səhiyyə müəssisələrinin təhlükəsizlik və gigiyenik şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu təmir işləri nəticəsində, xüsusilə radioloji otaqlar daha təhlükəsiz və müasir standartlara uyğun olacaq.
Oxşar xəbərlər
Bazar günü 39° isti gözlənilir
Azərbaycanda iyulun 27-də bəzi yerlərdə 36, bəzilərində isə 39 dərəcə isti gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məluma...