Bakı və Sumqayıtda binaların su sayğacları yenilənir
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərsu" ASC tərəfindən Bakıda və Sumqayıtda çoxmənzilli binalarda su sayğaclarının yenilənməsi istiqamətində işlər görülür.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Azərsu" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı deyib.
"Bizim bu işlər üzrə layihələrlə bağlı keçən ilin ikinci rübündə də vəsaitlər ayrılmışdı. Hazırda əsasən dik dayaqların pilləkən qəfəsdən çıxarılması və sayğacların yenilənməsi ilə bağlı Sumqayıtda, Bakının Nəsimi, Nərimanov, Yasamal, Səbail və Xətai rayonlarında işlər aparılır", - C.Cabbarlı qeyd edib.
Onun sözlərinə görə, Xətai rayonunda artıq, demək olar ki, çoxmənzilli binaların 70%-də, Nizami rayonunda 80%-dən çoxunda bu işlər aparılıb: "Hazırda ayrılan investisiyanın həcminə uyğun olaraq bu işlər davam etdirilir".
Oxşar xəbərlər
“Atabank” və “Amrahbank”da əmanətləri olanların nəzərinə! - Kompensasiyaların verilməsinə başlanılır
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması...