Bakı və Şımkent arasında birgə turizm marşrutları yaradılacaq
Bakı ilə Şımkent arasında birgə turizm paketlərinin və ya marşrutlarının yaradılması planlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu şəhərin Turizm, Xarici Əlaqələr və Yaradıcı Sənayelər İdarəsinin rəhbəri Beksultan Adilxanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Bakı-Şımkent-Bakı birbaşa aviareysi açılıb: "Bu reys ölkələrimiz və şəhərlərimiz arasındakı əlaqələrə əlavə təkan verəcək. Bu gün biz bu istiqamətdə fəaliyyət göstərən bütün turizm operatorlarını və agentliklərini bir araya toplamışıq. Artıq müvafiq memorandum və müqavilələr imzalanıb. Bu sənədlər çərçivəsində birgə turizm marşrutları hazırlanacaq".
O əlavə edib ki, yeni aviareys ölkələr arasındakı turist axınına çox müsbət təsir göstərəcək: "Çünki turistlər hər hansı bir istiqaməti seçərkən, ilk növbədə şəhərlər arasında birbaşa hava əlaqəsinin olub-olmadığına baxırlar. Bu, şübhəsiz ki, turistlər üçün böyük rahatlıq yaradır. İnanırıq ki, həm Bakıya, həm də Şımkentə turist axını çox olacaq və bunun üzərində fəal çalışacağıq. Şımkent Türküstan və Daşkənd ilə birlikdə cənub regionunun mərkəzlərindən biridir. Şımkent ətrafında təxminən 5 milyon insan yaşayır".
Oxşar xəbərlər
Sağlamlığımızın keşikçiləri: 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü
Ən çətin zamanlarımızda, narahatlığımızın və ağrılarımızın içində ilk üz tutduğumuz insanlar tibb işçiləridir. Günün istənilən saatında yardımımıza yetişən, diq...